• $
  • £

Ermənistan ordusunun itkilərinin sayı artıb - YENİLƏNİB

Ermənistan ordusunun itkilərinin sayı artıb - YENİLƏNİB
16.09.2022 11:55
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 13-dən Azərbaycan Silahlı Qüvvələrinin tərkibində gedən döyüşlərdə 135 hərbçinin həlak olduğunu açıqlayıb. O, həmçinin  ölənlərin sayının dəqiqləşdirilməsinin davam etdiyini deyib.  Bu barədə İnterfax agentliyi məlumat yayıb.

"Azərbaycan Silahlı Qüvvələri ilə döyüşlər zamanı 135 hərbçinin həlak olması barədə məlumatımız var. Amma təəssüf ki, bu rəqəmin yekun olmadığını bilirik", - Paşinyan cümə günü hökumətin iclasında deyib.

Onun sözlərinə görə, "yaralılar da çoxdur”.

"Bizim mövqeyimiz birmənalıdır - Azərbaycan Silahlı Qüvvələri suveren ərazimizi tərk etməlidir. Söhbət təkcə son günlər hadisələrin cərəyan etdiyi ərazilərdən deyil, həm də Azərbaycan Silahlı Qüvvələrinin ötən il mayın 12-də daxil olduqları  Xoznavar ərazisindən də gedir (Ermənistanın cənubundakı Sünik rayonu - İ.F.)", - Paşinyan bildirib.

Öz növbəsində Ermənistan Ombudsmanı Kristine Qriqoryan Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində bir nəfərin həlak olması və altı mülki şəxsin yaralanması barədə məlumat verib.

Rəsmi İrəvan sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədinin bir sıra ərazilərində Azərbaycan ordusu ilə gedən döyüşlər və Azərbaycan tərəfinin Ermənistan ərazisinin dərinliklərinə doğru irəliləmək cəhdləri barədə məlumat yayıb.

Rəsmi Bakı bunu qəti şəkildə təkzib edərək bildirir ki,  "Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədi ərazilərində genişmiqyaslı təxribatlara yolverib”,  Azərbaycanın ərazisinə və suverenliyinə qarşı hərbi təhdidlərin qarşısının alınması üçün tədbirlər görülüb. 

Azərbaycanın Müdafiə Nazirliyi cümə axşamı 12-14 sentyabr tarixlərində iki ölkənin sərhədində Ermənistan ordusu ilə döyüşlərdə həlak olan hərbçilərin siyahısını açıqlayıb. Həmin siyahıda 71 nəfər var.

 
N.Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Dünya 21:42
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Dünya 17:31
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
Dünya 22:00
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
AZAL-ın göyərtəsində aparılan danışıqlar
Dünya 15:11
AZAL-ın göyərtəsində aparılan danışıqlar "qara qutu"dakı ilə eyni deyil - Qazaxıstan
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Dünya 11:13
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Dünya 20:51
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Dünya 17:53
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Dünya 09:02
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Türkiyədə matəm elan olunub
Dünya 20:02
Türkiyədə matəm elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol