Qırğızıstanın Tacikistanla sərhəd toqquşmalarında 31 nəfər yaralanıb
Qırğızıstan və Tacikistan arasında sərhəddə vəziyyət gərginləşib. İnsident nəticəsində Qırğızıstan tərəfindən 2 nəfər ölüb. Yaralıların sayı isə 55 nəfərə çatıb.
********
Qırğızıstan və Tacikistan sərhədinin bütün perimetri boyunca şiddətli döyüşlər gedir, Tacikistan tərəfi ağır zirehli texnika, reaktiv yaylım atəş sistemləri (RYAS) və aviasiyadan istifadə edir. Sərhəddəki toqquşma nəticəsində Qırğızıstan tərəfindən yaralananların sayı 31-ə çatıb. Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.
"Yerdən və havadan edilən bütün hücumlar Qırğızıstan tərəfdən dəf edilir və bu, Qırğızıstanın ərazisini, yaşayış məntəqələrini ələ keçirməyi mümkünsüz edir”, - məlumatda vurğulanıb.
Milli Təhlükəsizlik Dövlət Komitəsinin məlumatına görə, o, atəşi dayandırmaq və vəziyyəti sabitləşdirmək üçün tədbirlər görür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər