Mərkəzi Bank 8 ayda valyuta bazarından $600 milyon çox vəsait alıb

2022-ci ilin yanvar-avqustunda Azərbaycan Mərkəzi Bankı valyuta bazarına etdiyi intervensiyalar çərçivəsində 606,7 milyon ABŞ dolları məbləğində xarici valyuta alıb. Bunun da 473,8 milyon dolları cari ilin aprel-avqustuna təsadüf edir. Bu bэrədə Mərkəzi Bankın verdiyi məlumatda bildirilir.
"Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında təklifin tələbi üstələməsi tendensiyası müşahidə olunur. Ümumilikdə bu vəziyyət hərracların 77 faizində baş verib. Nəticədə, valyutanın əsas satıcısı olan Dövlət Neft Fondu valyuta resurslarında əhəmiyyətli qənaətə malikdir”, - Mərkəzi Bankın məlumatında vurğulanır.
Azərbaycan Mərkəzi Bankı 2021-ci ildə valyuta bazarına intervensiyalar çərçivəsində 245 milyon dollar əldə edib . Mərkəzi Bank 2020-ci ildə belə əməliyyatlar həyata keçirməyib.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 