• $
  • £

"Novaya Qazeta" media lisenziyasından məhrum edilib

16.09.2022 12:58
Moskva məhkəməsi"Novaya Qazeta" qəzetini və onun üç ay əvvəl təsis etdiyi "Net" (Yox) jurnalını qadağan etməsindən bir neçə gün sonra Rusiya Ali Məhkəməsi "Novaya Qazeta"nın onlayn versiyasını da ləğv edib.

Mediaya nəzarət orqanı Rozkomnadzor "Novaya Qazeta"nın internet versiyasını "xarici agentlər"ə qoyulan məhdudiyyətləri dəfələrlə pozmaqda ittiham edib.

Qəzetin tənqidi xəbərləri dəstəkləmək səylərinə görə Nobel Sülh Mükafatına layıq görülmüş baş redaktoru Dmitri Muratov məhkəmənin qərardan qəzəbləndiyini bildirib.

O, Roskomnadzora müraciət edərək, "Siz başa düşürsünüz ki, sizin tələbiniz 30 illik tarixi olan "Novaya Qazeta" qəzetini məhv edəcək? Belə görünür, bunu edirsiniz" deyib.

"Sizin etdikləriniz qətldir. Siz yüzlərlə insanı işdən, oxucudan məhrum edirsiniz. Martda onların sayı 27 milyon idi, onları məlumat almaq hüququndan məhrum edirsiniz", Muratov bildirib.

Daha sonra məhkəmə qarşısında çıxış edən Muratov Ali Məhkəmənin apellyasiya kollegiyasına şikayət edəcəyini bildirib.

Mərhum Sovet lideri Mixail Qorbaçovun Nobel Sülh Mükafatının pulu ilə 1993-cü ildə yarandığı gündən bəri Rusiyanın media səhnəsinin möhkəm dayağı olan qəzet hətta mətbuat azadlığı boğulsa belə, Rusiyanın aparıcı araşdırma xəbər orqanı kimi fəaliyyət göstərirdi.

Martda Ukraynadakı münaqişənin işıqlandırılmasına ciddi senzura tətbiq edildikdən sonra yeni qanunları pozduğuna görə xəbərdarlıq alan qəzet Rusiyadakı fəaliyyətini dayandırıb.

Muratov hökmü "informasiya soyqırımı" adlandırıb və bildirib ki, bu, araşdırmalar aparılmasını xeyli çətinləşdirəcək, belə ki, jurnalistlər artıq hökumət orqanlarından məlumat ala bilməyəcəklər.

Qəzet əməkdaşlarından bəzilərinin Avropada yaratdıqları online nəşrinin də Rusiyada yayımlanmasına blok qoyulub.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Dünya 23:05
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
Dünya 23:00
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Dünya 22:15
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Dünya 20:39
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Dünya 19:30
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb
Dünya 19:04
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb

İran Hörmüz boğazından ilk gəlirini əldə edib
Dünya 14:33
İran Hörmüz boğazından ilk gəlirini əldə edib

Paşinyan: Ermənistanın KTMT-də qalması mövcud vəziyyətdən asılı olacaq
Dünya 13:52
Paşinyan: Ermənistanın KTMT-də qalması mövcud vəziyyətdən asılı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol