TDT Qırğızıstan-Tacikistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Qırğızıstan-Tacikistan dövlət sərhədində davam edən silahlı münaqişələrdən böyük narahatlığını ifadə edərək, dərhal atəşkəs əldə etməyə və mübahisələrin danışıqlar masasında siyasi və diplomatik yollarla həllinə çağırır, bu barədə təşkilatın bəyanatında deyilir.
Qeyd olunub ki, TDT, mülki şəxslərə və mülki infrastruktura, o cümlədən dövlət məktəblərinə qarşı ağır hərbi silahların istifadəsi ilə hücum edilməsini pisləyir və maksimum təmkinli olmağa, insidentin qarşısını almaq və mövcud dinc vasitələrlə gərginliyi azaltmaq üçün təcili addımlar atmağa çağırır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər