Azərbaycan bölmələri mühasirəyə düşüb? - MN-dən açıqlama
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatların yalan olduğunu deyir.
"Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq", - Azərbaycan MN-nin məlumatında qeyd edilib.
Azərbaycan Müdafiə Nazirliyi atəşkəslə bağlı Ermənistana çağırış edib.
"Yanlış məlumatlar yaymaq əvəzinə, Ermənistan tərəfini atəşkəs haqqında əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq", - Azərbaycan MN-dən bildirilib.
www.anews.az
Son xəbərlər
Daha çox