Yaralı qırğızların sayı 103-ə çatdı
Tacikistanla sərhəddə baş verən qarşıdurmalar zamanı xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 103-ə çatıb. Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, zərərçəkənlərin əsasən bədənin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var.
Bildirilib ki, Qırğızıstan-Tacikistan sərhədində baş vermiş silahlı münaqişə nəticəsində sentyabrın 17-si saat 09:00-a (Bakı vaxtı ilə 07:00 - red.) səhiyyə müəssisələrinə qəbul edilən zərərçəkənlərin sayı ambulator müalicəyə göndərilən 5 nəfər də daxil olmaqla 103 nəfərdir.
Bundan əvvəl 24 nəfərin öldüyü, 87 nəfərin isə yaralandığı barədə məlumat verilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər