• $
  • £

TURKOVAC Azərbaycanda istehsal oluna bilər

TURKOVAC Azərbaycanda istehsal oluna bilər
17.09.2022 10:57
TURKOVAC Azərbaycanda da istehsal oluna bilər. Bu barədə Trend-in suallarını cavablandıran Türkiyənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) rəhbəri Erhan Akdoğan bildirib.
 
O qeyd edib ki, TURKOVAC-ın sınaqları ilə əlaqəli Azərbaycanla sıx təmasdadırlar.
 
"Onlayn formatda iclaslarımız keçirilir, məlumat mübadiləsi aparılır. Dünyada pandemiya səngiyib. Virusun yeni növlərinin ortaya çıxmasına baxmayaraq, artıq əvvəlki qədər təsiriedici sayılmır, ölüm sayı azalır. Bu da öz növbəsində vaksinlərin üzərində də müəyyən təsirə malikdir. Biz artıq virusun yeni növləri əsasında müəyyən işlər aparırıq. Bu sahədə də Azərbaycanla əməkdaşlığımıza davam edirik. Protokol əsasında Azərbaycana 1200 doza TURKOVAC vaksini göndərilib. Ehtiyac yaranarsa, əlavə dozalar da göndərə bilərik. Tələb olarsa, TURKOVAC Azərbaycanda da istehsal oluna bilər”, –  Akdoğan bildirib.
 
 Azərbaycanda TURKOVAC-ın 3-cü faza klinik sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb. Sınaqlar 15 ay ərzində davam edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol