Azərbaycan 32 erməni hərbçisinin meyitini Ermənistana verib
Azərbaycan 32 erməni hərbçisinin meyitini Ermənistana verib. qarşı tərəfə təhvil verib. Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası şənbə günü məlumat yayıb.
"Sentyabrın 12-14-ü keçirilən hərbi əməliyyatlardan sonra Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə aşkarlanmış 32 Ermənistan hərbi qulluqçusunun meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun aidiyyəti əməkdaşları ilə birlikdə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib.. Sentyabrın 17-də həmin meyitlər qarşı tərəfə təhvil verilib", - komissiyanın açıqlamasında bildirilir.
Komissiya həmçinin qeyd edir ki, hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da təhvil veriləcək.
Azərbaycan Müdafiə NAzirliyinin məlumatına görə, 2022-ci ilin 12-14 sentyabrında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı əməliyyat keçirilib. Azərbaycan ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki verib.
Azərbaycan ordusu 77 hərbiçisini itirib. Ermənistan tərəfi 135 erməni hərbiçisinin öldüyünü bildirib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan SputnikArmenia agentliyinə Azərbaycanın 32 erməni hərbçisinin meyidini qaytarması xəbərini təsdiqləyib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox