"Aeroflot" Moskvadan Bakıya uçuşların sayını artırıb

"Aeroflot” aviaşirkəti oktyabrın sonundan etibarən Moskvadan Bakıya (Azərbaycan) gündə üç dəfə uçuşlar həyata keçirəcək. Bu barədə "İnterfaks-Azərbaycan” aviaşirkətin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Aeroflot” Moskvadan Bakıya qış reysləri üçün bilet satışına başlayıb. Oktyabrın 30-dan etibarən "Aeroflot” Airbus A320 və A321 təyyarələri ilə Bakıya gündəlik üç reys həyata keçirəcək.
"Rossiya Hava Yolları” ("Aeroflot” qrupuna daxildir) isə oktyabrın 31-dən etibarən Soçi-Bakı marşrutu üzrə gündəlik uçuşlar yerinə yetirməyə başlayacaq, bu barədə Soçi hava limanının mətbuat xidməti məlumat verib.
"Oktyabrın 31-dən etibarən Soçidən Bakıya, eləcə də əks istiqamətdə uçuşlar gündəlik olacaq. Uçuşlar "Rossiya” aviaşirkəti tərəfindən Rusiya istehsalı olan "Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək”, - mətbuat xidməti qeyd edib.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 