Pelosi İrəvanda Azərbaycanı suçlayan bəyanat verib
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bazar günü İrəvana səfəri gedişində Azərbaycanın Ermənistana qarşı "qanunsuz hücumu"nu və 200-dən çox insanın həlak olması ilə nəticələnən toqquşmaları kəskin şəkildə pisləyib. Bu barədə Reuters agentliyi məlumat verir.
Pelosi bildirib ki, onun Ermənistana səfəri Azərbaycanın Ermənistana "qanunsuz və itki ilə nəticələnən hücumları” fonunda xüsusi əhəmiyyət kəsb edir.
"Biz bu hücumları qətiyyətlə pisləyirik", bildirib. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədindəki son döyüşlər Azərbaycanın Ermənistana hücumu nəticəsində baş verib.
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, sentyabron 12-14-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan-Ermənistan sərhədində hücum əməliyyatı həyata keçirib. Nəticədə Ermənistan tərəf 135, Azərbaycan isə 77 hərbiçisini itirib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox