Müdafiə Nazirliyinin yarım milyonluq tenderini udan şirkəti tanıyan yoxdur

Müdafiə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi "Turrus” MMC (VÖEN – 1007464471) olub. Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələri üçün qazanxana avadanlıqlarının satın alınması məqsədilə 05.08.2022-ci il tarixində kotirovka sorğusu elan edib. Tender müsabiqəsinin qalibi olan "Turrus” MMC bu elandan təxminən cəmi 5 ay əvvəl – 17.02.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 570 min 8 manat 16 qəpik ödəniləcək.
Müdafiə Nazirliyi tərəfindən əvvəllər də bu cür tender müsabiqələri keçirilib.(yeniavaz)
www.anews.az
Hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan, ev 1A, m. 48, məh. 3203-də yerləşən MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Baxşaliyev Nicat Baxşalı oğludur. MMC dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğlu olub. Bu ilin iyun ayında MMC-nin qanuni təmsilçisi dəyişib. Qanuni təmsilçi dəyişdikdən sonra MMC müxtəlif dövlət qurumları tərəfindən keçirilən və ümumi dəyəri 684 min manat olan 8 tender müsabiqəsində qalib olub.
Barəsində açıq internet resurslarda heç bir məlumat olmayan "Turrus” MMC bir dövlət qurumuna (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) dəftər-qələm, başqa bir dövlət qurumuna isə unitaz qapağı satıb.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender müsabiqəsindən cəmi 3-4 ay əvvəl yaranan bu şirkətin fərqli qurumlara, fərqli məhsulları satmaq üçün hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
www.anews.az
Son xəbərlər
Daha çox 