Bayden COVID-19 pandemiyasının başa çatdığını elan etdi
ABŞ Prezidenti Co Bayden koronavirus pandemiyasının başa çatdığını düşünür. Bu barədə o, CBS telekanalına müsahibəsində bildirib.
O, pandemiyanın bitdiyini bildirib.
"Pandemiya bitib. Bizim hələ də COVID ilə problemimiz var, hələ də bunun üzərində çox işləyirik... amma pandemiya bitib. Diqqət etsəniz, heç kim maska taxmır, görünür hamı yaxşı vəziyyətdədir", - Bayden deyib.
Son bir ay ərzində ABŞ-da hər gün orta hesabla 60 mindən çox yeni COVID yoluxması aşkar edilib, hər gün təxminən 400 nəfər bu xəstəlikdən ölüb. Pandemiyanın başlanğıcından bəri 95 milyon ABŞ sakini koronavirusa yoluxub, bir milyondan çox insan dünyasını dəyişib.
Son 28 gündə dünyada 16 milyona yaxın koronavirusa yoluxma halı aşkarlanıb, 54 min xəstə dünyasını dəyişib. Pandemiyanın başlanğıcından bəri 600 milyondan çox insan xəstələnib, altı milyondan çox insan ölüb.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus sentyabrın 14-də bildirib ki, yeni koronavirus yoluxmaları ilə bağlı əvvəlki həftənin statistikası 2020-ci ilin martından bəri ən aşağı göstəricidir. Pandemiya hələ bitməyib, lakin "son yaxındır" deyə Qhebreyesus əlavə edib.
Sadiq Cavadov
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox