Türkiyə Ordusu Suriyada 17 terrorçu məhv edib
Türkiyə Ordusu Suriyanın şimalındakı sərhədyanı bölgələrdə 17 terrorçunu məhv edib, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərərsizləşdirilən yaraqlılar arasında sentyabrın 18-də Şanlıurfanın Suruç vilayətində hərbi nəzarət-buraxılış məntəqəsinə raket zərbəsi endirən terrorçular da var.
Həmin terror aktı nəticəsində bir türkiyəli əsgər şəhid olub, bir əsgər isə yaralanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər