Tacikistan və Qırğızıstan yolların açılmasını razılaşdırıb
Tacikistan və Qırğız Respublikası arasında son münaqişə zamanı bağlanmış yolların açılmasına dair razılıq əldə olunub. Bu barədə TASS-da məlumat yayılıb.
Tərəflər arasında sərhəddə atəşkəsə nəzarət üzrə yaranmış birgə işçi qrupunun görüşündən sonra Tacikistanın Soqdi vilayətinin başçısı Racabboy Ahmadzoda sentyabrın 19-da keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, işçi qrup nəqliyyatın və piyadaların hərəkətinin təmin edilməsi üçün yolların açılmasının vacibliyinə dair razılığa gəliblər.
Tərəflər atəşkəs rejiminə riayət olunmasının və sərhədyanı münaqişənin nəticələrinin tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
Sentyabrın 16-da Qırğız Respublikasının Batken vilayətinin sədri Abdukərim Alibayev və Tacikistanın Soqdi vilayətinin başçısı Racabboy Ahmadzodanın başçılığı altında işçi qrup yaradılıb.
Son münaqişə nəticəsində Qırğızıstanın 59, Tacikistanın isə 35 vətəndaşının öldüyü barədə xəbər yayılıb.
Tərəflər atəşkəs barədə razılığa gəlsələr də, sərhəddə atışmaların davam etdiyi bildirilir.
Sadiq
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər