• $
  • £

Qırğızıstan və Tacikistanda bu qədər insan ölüb

Qırğızıstan və Tacikistanda bu qədər insan ölüb
20.09.2022 12:34
Qırğızıstan sərhəddə silahlı qarşıdurma zamanı 59 nəfərin, Tacikistan isə 60-dan çox insanın öldüyünü bəyan edib. Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat verib.
 
Qırğızıstanda sentyabrın 19-u rəsmi olaraq matəm günü elan edilib, Tacikistanda isə münaqişə qurbanlarının xatirəsinin sentyabrın 20-də yad ediləcəyi bildirilib.

Batken səhiyyə müəssisələrində daha 13 nəfərin cəsədi qəbul edilib. Nazirlik beləliklə, münaqişə qurbanlarının ümumi sayının 59 nəfər, yaralananların ümumi sayının isə 163 nəfər olduğunu bildirib.

Qırğızıstan prezidenti Sadır Japarov sentyabrın 19-u Tacikistanla münaqişədə həlak olanların xatirəsinə milli matəm gününün elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Bütün ölkə boyu və xaricdəki diplomatik və konsulluq idarələrinin binalarında bayraqlar yarıya endiriləcək.

Tacikistan Demokrat Partiyasının lideri, parlamentin aşağı palatasının deputatı Saidjafar Usmonzodanın bildirdiyinə görə, Tacikistan-Qırğızıstan sərhədində münaqişədə ölkənin 60-dan çox vətəndaşı həlak olub. O, sentyabrın 20-si milli matəm gününün elan edilməsini təklif edib.

Tacikistan Xarici İşlər Nazirliyi bir gün əvvəl ilk dəfə Tacikistan tərəfdən olan qurbanların sayını açıqlayıb. Nazirliyin məlumatına görə, 35 nəfər ölüb, 25 nəfər yaralanıb. Düşənbənin bildirdiyinə görə, onların arasında qadın və uşaqlar da var.

Sentyabrın 14-də iki ölkə arasındakı sərhəddə vəziyyət kəskin şəkildə pisləşib. Tərəflər növbəti qarşıdurmaya görə bir-birini günahlandırıb. Həmin gün günorta atəşkəs əldə edildikdən sonra şənbə günü gecə ciddi insident olmayıb. Lakin sentyabrın 17-də tərəflər sərhəddə yenidən atışmalar olduğunu bəyan edib.

Qırğızıstanla Tacikistan arasında sərhədin uzunluğu 970 kilometrdir. Bunun 519 kilometri dəqiqləşdirilib, qalanı isə hələ də qeyri müəyyən qalıb. Qırğızıstanın Batken vilayəti ilə Tacikistanın Suqdiy vilayəti arasında olan hissələr mübahisəli olaraq qalır. Belə ki, oradakı kəndlərin, hətta bəzən iki respublikanın sakinlərinin evlərinin yan-yana yerləşməsi sərhəd xəttinin müəyyənləşdirilməsini çətinləşdirir.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Израиль готовит частичное открытие неба
Dünya 21:45
Израиль готовит частичное открытие неба
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Paşinyan Gürcüstana səfər edib
Dünya 18:57
Paşinyan Gürcüstana səfər edib
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Dünya 18:46
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Dünya 18:04
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol