Güzəştli kreditlərin 88 %-i regionların payına düşür- Cabbarov

Özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1 732 sahibkara 72,1 milyon manat, o cümlədən 1 725 kiçik və orta həcmli layihəyə 53,4 milyon manat güzəştli kredit verilib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Onun sözlərinə görə, bu kreditlər hesabına 1 690 yeni iş yerinin açılması imkanı yaranıb.
"Güzəştli kreditlərin 71,4 %-i aqrar sektorun, 28,6 %-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı və s. sahələrin, o cümlədən vəsaitlərin 88,2 %-i regionların, 11,8 %-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür”, - nazir bildirib.
Aytac
www.anews.az
Son xəbərlər
Daha çox 