Putin səfərbər edəcəyi hərbçilərə yüksək maaş verəcək
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov səfərbərliyə çağırılanlara yüksək məbləğdə maaş ödəniləcəyini bildirib. Bu barədə o "Shot Telegram” kanalına söyləyib.
"Maaş çox yüksək olacaq”, - deputat bildirib.
Kartapolov ödənişlərin məbləğini açıqlamayıb.
Sentyabrın 21-də Rusiya prezidenti Vldaimir Putin Ukrayna ilə müharibədə iştirak üçün qismən səfərbərlik elan edib.
Müdafiə naziri Sergey Şoyqu bildirib ki, ümumilikdə 300 min ehtiyatda olan hərbçinin səfərbər olunacağı planlaşdırılır. Bunlar hərbi ixtisası və döyüş təcrübəsinə malik şəxslər olacaq. Eyni zamanda, nazir deyib ki, qismən səfərbərlik hazırda hərbi xidmətdə olanlara və tələbələrə aid olmayacaq.
Putin bildirib ki, səfərbərlik yolu ilə hərbi xidmətə çağırılan vətəndaşlar müqavilə əsasında Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçu statusu alacaqlar.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox