Türkiyə Azərbaycana $12 milyard sərmayə qoyub

Türkiyə Azərbaycan iqtisadiyyatına 12 milyard dollar həcmində sərmayə qoyub. Bunu "Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”ndə çıxışında Türkiyənin səhiyyə naziri Fahreddin Koca deyib.
Bununla yanaşı nazir bu investisiyaların hansı müddət ərzində qoyulduğunu aydınlaşdırmayıb.
"Türkiyənin Azərbaycana qoyduğu investisiyanın həcmi 12 milyard dolları keçib. Azərbaycanın Türkiyəyə qoyduğu sərmayə isə 20 milyard dollardan artıqdır", - Fahreddin Koca bildirib.
O, həmçinin bildirib ki, Türkiyənin Azərbaycan qoyulan investisiyaların həcmini 15 milyard dollara kimi artırmaq potensialı var.
İki ölkə arasında ticarətin ümumi həcmi isə 5 milyard dolladır. .
Ləman Qasımova
www.anews.az
Son xəbərlər
Daha çox 