Azərbaycan iqtisadi artıma görə ölkələr arasında 3-cü yerdədir

Azərbaycan iqtisadi artıma görə türk dövlətləri arasında 2022-ci ilin birinci yarısında 3-cü sırada yer alıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) məlumat yayıb.
Məlumata görə, hesabat dövründə ümumi daxili məhsulun (ÜDM) artım tempi Türkiyədə 7,6 %, Qırğızıstanda 6,3 %, Azərbaycanda 6,2 %, Özbəkistanda 5,4 %, Qazaxıstanda isə 3,4 % təşkil edib. 6 ay ərzində türk dövlətləri 1 138,5 milyard ABŞ dolları dəyərində ÜDM istehsal edib.
Türk dövlətlərinin yarım illik ticarət dövriyyəsinin dəyəri 536,1 milyard ABŞ dolları təşkil edib. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (20 788,8 milyon ABŞ dolları) və Azərbaycan (13 171,6 milyon ABŞ dolları) malik olub.
Ləman
www.anews.az
Son xəbərlər
Daha çox 