Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirib

İnflyasiyanın 80%-i ötməsinə və dünya üzrə mərkəzi bankların pul siyasətini sərtləşdirməsinə baxmayaraq, cümə axşamı Türkiyənin Mərkəzi Bankı gözlənilmədən faiz dərəcəsini 100 bənd azaldaraq 13%-dən 12%-ə endirmək barədə qərar verib. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Məzənnənin endirilməsi nəticəsində türk lirəsi dollara nisbətdə 18,42 səviyyəsinə enərək, dekabrda valyuta böhranı zamanı çatdığı səviyyədən də aşağı düşüb.
Türkiyə Mərkəzi Bankı 2022-ci ilin əvvəlindən uçot dərəcəsini dəyişməz saxlamışdı. Yalnız bu lin avqustunda bank iqtisadiyyatı canlandırmaq adı altında uçot dərəcəsini gözlənilmədən 13%-ə endirdi.
Türkiyə Mərkəzi Bankı 2021-ci ilin ikinci yarısından başlayaraq Tayyib Ərdoğanın müdafiə etdiyi qeyri-adi maliyyə siyasətinə uyğun olaraq faiz dərəcələrini 500 baza bəndi azaldıb və investorlar üçün həyəcan siqnalı olaraq real məzənnələri mənfiyə buraxıb.
Türk lirəsinin dəyəri, kəskin qiymət artımı fonunda uçot dərəcəsinin aşağı salınması siyasəti nəticəsində son bir ildə iki dəfə azalıb.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 