Rusiyadan Türkiyəyə təyyarə biletləri kəskin BAHALAŞDI
Rusiyadan Türkiyəyə təyyarə biletləri 3 dəfə bahalaşıb. Bu barədə Türkiyə KİV-i bildirib.
"Türk Hava Yolları" Moskva-İstanbul reysinin sentyabrın 25-dək bütün biletlərinin satıldığını açıqlayıb.
Eyni zamanda qiymətlərdə kəskin artım var. Belə ki, bir həftə əvvəl Türkiyə istiqamətində 22 min rubla satılan birtərəfli biletlərin qiyməti Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərliklə bağlı qərarından sonra 70 min rubla, yaxud 21 min türk lirəsinə yüksəlib.
Bildirilib ki, uçuş üçün bilet tapa bilməyənlər tranzit olaraq Gürcüstanın paytaxtı Tbilisiyə oradan Türkiyəyə uçmağa çalışırlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox