Bu qurum "Azəriqaz"a olan borcunun 70 %-ni ödəyib - Ruslan Əliyev

"Azəristiliktəchizat" ASC Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsal Birliyinə olan debitor borcunun 70 %-ini artıq ödəyib, bu barədə bu gün media və QHT-lər üçün keçirilən "Açıq qapı" aksiyasında birliyin Baş direktoru Ruslan Əliyev bildirib.
O qeyd edib ki, son olaraq bu qurumun "Azəriqaz"a borcu 41 milyon manat təşkil edib.
Bu günlərdə "Azəriqaz” İstehsalat Birliyi və "Azəristiliktəchizat” ASC arasında keçirilən görüşdə yeni istilik mövzümü ilə bağlı bir sıra razılıqlar əldə edilib.
Həmin görüşdə Əliyev son aylarda "Azəristiliktəchizat” tərəfindən ödənişlərdə böyük tendensiyanın olduğunu qeyd edib. Baş direktor "Azəriqaz” İB tərəfindən 2022-2023-cü illər üzrə istilik mövsümündə qazanxanaların mavi yanacaqla təmin olunmasında heç bir problemin olmadığını deyib. Sonda hər iki qurumun daxilində yaradılan komissiyaya sual doğuran digər məsələlərin birgə həllinin tapılmasına dair tapşırıq verilib. Eyni zamanda bu cür işçi görüşlərin bundan sonra daha sıx və intensiv şəkildə keçirilməsi ilə bağlı razılığa gəlinib.
www.anews.az
Son xəbərlər
Daha çox 