"Kanal - 13"-ə xəbərdarlıq edilib, kanal sahibi bunu əsassız sayır

"Kanal 13" "Youtube” kanalının təsisçisi Əziz Orucova xəbərdarlıq olunub. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib.
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və "Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq "Kanal 13" adlı "Youtube” kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib. Əziz Orucova sentyabrın 15-də "Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub", - baş prokurorluğun məlumatında bildirilir.
Baş Prokurorluq həmçinin qeyd edir ki, xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.
Amma "Kanal-13"-ün sahibi Əziz Orucov isə anews.az-a kanallarından heç bir materialın silinmədiyini və əslində xəbərdarlığın hansı materiala görə edildiyini bilmədiyini bildirib.
"Hansı məqamlara görə xəbərdalıq olunduğunu soruşanda konkret məqam göstərmədilər. Bizim kanaldan heç bir material silinməyib. Bu xəbərdarlıqdan sonra mənim həbs ediləcəyim gözlənilir. Hazırda vəkillərimlə məsləhətləşmələr aparıram", - Əziz Orucov bildirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 