• $
  • £

Jurnalist Rəisinin bu istəyinə görə müsahibəni ləğv etdi

Jurnalist Rəisinin bu istəyinə görə müsahibəni ləğv etdi
23.09.2022 17:06
Tanınmış jurnalist Kristian Amanpour İran Prezidenti İbrahim Rəisi ilə müsahibəsini ləğv edib. Buna səbəb Nyu-Yorkda olan İran Prezidentinin müsahibə zamanı CNN-in jurnalistindən başını örtməsini istəməsi olub. Bu barədə Amanpour zünün "Twitter” hesabında yazıb.

"Ötən həftə əxlaq polisinin həbs etdiyi Məhsa Amininin ölümünə görə İranda etirazlar genişlənir və qadınlar hicablarını yandırırlar. İnsan haqları qrupları azı 8 nəfərin öldüyünü bildirir. Dünən gecə mən Prezident Rəisidən bütün bunlar və daha çox şey haqqında soruşmağı planlaşdırırdım. Müsahibə üçün təyin edilən görüş vaxtından 40 dəqiqə keçəndən sonra Prezidentin köməkçisi gələrək Rəisinin başımı örtməyimi istədiyini dedi, çünki onlarda Məhərrəm və Səfər ayları imiş”, -  Amanpour yazıb.

Jurnalist bildirib ki, o, bu təklifi qəbul etməyib.

"Mən nəzakətlə rədd etdim. Hicabla bağlı qanun və ya ənənənin olmadığı Nyu-Yorkdayıq. Qeyd etdim ki, İrandan kənarda mənə müsahibə verən heç bir əvvəlki İran prezidenti bunu tələb etməyib”, - o qeyd edib.

Amanpour bundan sonra onların müsahibədən imtina etdiklərini yazıb və Rəisinin müsahibə zamanı oturmalı olduğu boş stulun və özünün şəklini paylaşıb.

İranda keçən həftə əxlaq polisinin hicab qaydalarını pozduğu iddiası ilə saxladığı 22 yaşlı Mahsa Amininin həbsdən bir neçə saat sonra vəfat etməsi şiddətli iğtişaşlara səbəb olub. Artıq bir həftədir ki, İranın bütün şəhərlərində etiraz aksiyaları keçirilir və iddia edilir ki, 20-ə yaxın ölən var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Dünya 21:42
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Dünya 17:31
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
Dünya 22:00
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
AZAL-ın göyərtəsində aparılan danışıqlar
Dünya 15:11
AZAL-ın göyərtəsində aparılan danışıqlar "qara qutu"dakı ilə eyni deyil - Qazaxıstan
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Dünya 11:13
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Dünya 20:51
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Dünya 17:53
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Dünya 09:02
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Türkiyədə matəm elan olunub
Dünya 20:02
Türkiyədə matəm elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol