Paşinyanla Ərdoğanın görüşü gözlənilir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Aİ sammiti çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla oktyabrın 6-da Praqada görüşü baş tuta bilər. Bu barədə Türkiyə liderinin ofisi açıqlama verib.
"Past” qəzetinin yazdığına görə, Ermənistan görüşün keçirilməsini istisna etmir və buna ciddi yanaşır .
Qəzet həmçinin qeyd edir ki, Praqada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında da görüşün olması nəzərdən keçirilir.
www.anews.az
Son xəbərlər
Daha çox