• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

İlham Əliyev sərəncam imzalayıb

İlham Əliyev sərəncam imzalayıb
24.09.2022 18:00
Prezident İlham Əliyev təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. 
 
Sərəncamda əsasən, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə aşağıdakı tərkibdə Koordinasiya Komissiyası (bundan sonra – Komissiya) yaradılıb.
 
Komissiyanın sədri
 
Azərbaycan Respublikası Baş nazirinin müavini
 
Komissiyanın üzvləri
 
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
 
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
 
Azərbaycan Respublikasının daxili işlər naziri
 
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
 
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
 
Azərbaycan Respublikasının energetika naziri
 
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
 
Azərbaycan Respublikasının səhiyyə naziri
 
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
 
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
 
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi
 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri.
 
2. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına həvalə edilsin.
 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
3.1. Komissiya haqqında Əsasnamənin layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
 
4. Komissiya:
 
4.1. təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi, bu obyektlərdə baş verə biləcək qəzaların qarşısının alınması ilə bağlı mütəmadi təhlillər aparılması və qabaqlayıcı tədbirlər görülməsi üçün təkliflər hazırlanmasını, bu sahədə müvafiq dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılmasını və həyata keçirilməsini təmin etsin;
 
4.2. Komissiyanın üzvü olan dövlət orqanlarının (qurumlarının) fəaliyyət istiqamətlərinə aid sahələrdə həmin dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət daimi fəaliyyət göstərən və aşağıdakı funksiyaları yerinə yetirən işçi qrupların yaradılmasını və fəaliyyətini təmin etsin:
 
4.2.1. müvafiq dövlət orqanları (qurumları) tərəfindən təhlükə potensiallı obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili və qiymətləndirilməsi üzrə təkliflər hazırlanması;
 
4.2.2. dövlət orqanlarının (qurumlarının) fəaliyyət istiqamətləri üzrə müvafiq texniki reqlamentlərin müəyyən olunması istiqamətində fəaliyyətinin əlaqələndirilməsi;
 
4.2.3. beynəlxalq təcrübə nəzərə alınmaqla, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində mövcud normativ hüquq aktların təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanması.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
İqtisadiyyat 10:31
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:31
Bu günə olan məzənnə açıqlanıb


Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
İqtisadiyyat 17:39
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol