• $
  • £

Ceyhun Bayramov BMT-nin iclasında iştirak edib

Ceyhun Bayramov BMT-nin iclasında iştirak edib
24.09.2022 16:04
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun "Ərzaq, yanacaq və maliyyə böhranlarının aradan qaldırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolları” mövzusunda 46-cı illik Nazirlər iclasında iştirak edib.
 
Xarici İşlər Nazirliyindən (XİN)  verilən xəbərə görə, 134 ölkənin xarici işlər nazirlərinin qatıldığı iclasda Nazir Ceyhun Bayramov çıxış edərək, ərzaq, yanacaq və maliyyə böhranları ilə mübarizədə, habelə onların nəticələrinin aradan qaldırılmasında qlobal həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Sözügedən qlobal problemlərlə mübarizədə G77-nin birgə səylərin konsolidasiyası, habelə həmrəyliyin, əməkdaşlığın möhkəmləndirilməsi və BMT sisteminin mərkəzi mövqeyinin vurğulanmasına öz töhfəsini verə biləcəyinə dair əminlik ifadə olunub.
 
G77-nin nisbətən yeni üzvü olmasına baxmayaraq, Azərbaycanın bu qrupun işinə fəal töhfə verməyə çalışdığı qeyd edilib. Bu xüsusda, nazir Ceyhun Bayramov, Qoşulmama Hərəkatının (QH) fəaliyyətdə olan sədri kimi Azərbaycanın QH və G77 arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulmasına çalışdığını söyləyib.

Ermənistan və Azərbaycan arasında münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyününün bərpa edilməsindən sonra regionda yeni reallıqların yarandığı diqqətə çatdırılıb. Bu xüsusda, nazir Ceyhun Bayramov kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin həyata keçirilməsi yolu ilə formalaşan nəqliyyat qovşağının Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu təmin edəcəyini vurğulayıb.

Azərbaycanın COVID-19 pandemiyasının yaratdığı problemlərin həllində 80-dən çox inkişaf etməkdə olan ölkəyə beynəlxalq humanitar, texniki və maliyyə yardımı göstərdiyi və bundan sonra da Cənub-Cənub əməkdaşlığının etibarlı tərəfdaşlarından biri kimi öz dəstəyini əsirgəməyəcəyi bildirilib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol