Rusiya fərariliyə görə 15 ilə qədər həbs cəzası tətbiq edir
Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə Cinayət Məcəlləsində səfərbərlik və hərbi vəziyyət dövründəki cinayətlərin törədilməsinə görə cəza müddətinin 15 ilədək artırılması ilə bağlı dəyişiklik edilib. Bu barədə xarici KİV yazıb.
Dəyişiklik könüllü təslim olan hərbçilərin 10 ilə qədər həbsini nəzərdə tutur.
Bundan əlavə, qanuna əsasən, səfərbərlik və hərbi vəziyyət dövründəki cinayətlər ağırlaşdırıcı hallar kimi tanınır. Səfərbərlik və ya müharibə dövründə fərariliyə görə 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Bu müddət, həmçinin hərbi əməliyyatlarda iştirakdan imtinaya görə tətbiq ediləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox