Rusiyanı tərk edən kişilərin sayı açıqlandı
Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik elan etdikdən sonra 261 min kişi ölkəni tərk edib. Bu barədə məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Səfərbərlik elan edilən gündən Prezident Administrasiyası daxilində hərbi yaşda olan kişilər üçün sərhədlərin bağlanmasından danışılıb. Buna səbəb isə təhlükəsizlik qüvvələrindən Rusiyanı tərk edən kişilərlə bağlı gələn rəqəmlər olub.
Bildirildiyinə görə, Federal Təhlükəsizlik Xidmətinin sentyabrın 25-dən "ofisləri gəzən” sonuncu arayışında bununla bağlı məlumat əksini tapır. Belə ki, arayışda çərşənbə günündən şənbə günü axşama qədər Rusiyanı 261 min kişinin tərk etdiyi qeyd edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox