Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırış edildi
Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırış edilib. Bu barədə Azad İran telegram kanalı məlumat yayıb.
Bildirilib ki, siyasi, milli və sosial media fəalları aksiyaları davam etdirəcəkləri barədə bildiriş və çağırışlar yayıblar.
Sentyabrın 26-da Güney azərbaycanlı fəallar Başda Təbriz olmaqla Urmu, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin, Xoy, Marağa və başqa şəhərlərdə etiraz aksiyalarını davam etdirəcəyi barədə bildiriş və çağırışlar ediblər.
Axşam 18:00-da başlayaraq şəhərlərin mərkəzi meydanlarında keçiriləcəyi bildirilən dinc etiraz aksiyalarında, həm də bu günədək öldürüldüyü təsdiqini tapan 5 azərbaycanlının xatirəsi yad ediləcək.
"Hər gün uşaqlarımız qəddar İslam Respublikası rejiminin güllələri ilə öldürülür. Kərəcdə Hədis Nəcəfinin və Qəzvində Cavad Heydərinin anaları övladları üçün ağlayırlar. Zalımların tufağını birdəfəlik dağıdaq",- deyə, bildirişlərdə yazılıb.
16 sentyabr Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar keçirilib. Məhsa Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox