ABB Tech Akademiyası mobil tərtibatçılıq üzrə yeni proqramlar elan edir

ABB-nin yaratdığı ABB Tech Akademiyası və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ‘’Technest’’ təqaüd proqramı çərçivəsində mobil tərtibatçılıq istiqaməti üzrə yeni proqramlara qeydiyyatın başlandığını elan edir. Proqramlardan 2-si müvafiq sahədə işə yeni başlayanlar üçün nəzərdə tutulmuş "iOS development fundamentals” və "Android development fundamentals” istiqamətlərinə aiddir. Digər 2 proqram isə "iOS development advanced” və "Android development advanced” istiqamətlərini əhatə edir. Müvafiq istiqamətlər üzrə Akademiyada təhsil almaq istəyən şəxslər elektron müraciətlərini buradan göndərə bilərlər. Son müraciət tarixi 16 oktyabra qədərdir.
Tədrisi beynəlxalq təcrübəli mütəxəssislər ən qabaqcıl tədris metodikası əsasında həyata keçirir. ABB Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, təqdimat və layihələrini inkişaf etdirmək bacarıqlarının təkmilləşdirilməsinə də təkan verir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
www.anews.az
Son xəbərlər
Daha çox 