Rusiyada hərbi xidmətə getmək istəməyən gənc özünü yandırıb
Rusiyada hərbi xidmətə getmək istəməyən gənc özünü yandırıb. Bu barədə Rusiyanın telegram kanalları məlumat yayıb.
Gəncin kimliyi hələ ki açıqlanmayıb.
Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik elan etdikdən sonra 261 min kişi ölkəni tərk edib. Bu barədə məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bu barədə Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib. O, Rusiyanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, təhlükəsizliyini təmin etmək üçün Müdafiə Nazirliyinin qismən səfərbərlik elan olunması ilə bağlı təklifini qəbul etdiyini qeyd edib.
"Təkrar edirəm. Burada söhbət qismən səfərbərlikdən gedir. Yəni ki, hərbi xidmətə ancaq hazırda ehtiyatda olanlar çağırılacaq. İlk növbədə Silahlı Qüvvələrdə xidmət edənlər, xüsusi hərbi ixtisasa malik olanlar çağırılacaq”, - Rusiya Prezidenti vurğulayıb.
Rusiya və Ukrayna arasında müharibə fevralın 24-dən başlayıb və bugünədək davam edir.
Kənan Əzizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox