• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi azalıb

Azərbaycanda  vaxtı keçmiş kreditlərin həcmi azalıb
26.09.2022 17:56
Azərbaycanın bank və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 2022-ci ilin yanvar-avqust aylarında 11,8% artaraq 19 milyard 136,8 milyon manata çatıb.

Avqustda bankların kredit portfeli 0,8% və ya 151,2 milyon manat artıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin həcmi 659,7 milyon manat (hesabat dövründə 8,3% azalma) və ya bütün kreditlərin 3,4%-ni (2021-ci ilin sonuna 4,2%) təşkil edib.

31 avqust 2022-ci il tarixinə dövlət payı olan banklar 3 milyard 809,9 milyon manat (artım 14,3 faiz) və ya bütün kreditlərin 19,9 faizi qdərə, özəl banklar isə 14 milyard 828,8 milyon manat (artım 11 faiz) kredit verib. Bu da uyğun olaraq bütün kreditlərin 3% və ya 77,5%-ni təşkil edib.  Yerdə qalan 498,2 milyon manatlıq (artım 8,1%) kreditlər bank olmayan kredit təşkilatlarının payına düşür.

Avqustun sonuna verilən kreditlərin ümumi həcminin 14 milyard 901,6 milyon manatı (artım 17,4 faiz) milli valyutada, 4 milyard 235,3 milyon manatı (azalma 4,3 faiz) xarici valyutada verilmiş kreditlərin payına düşür. Eyni zamanda, avqustun sonunda xarici valyutada olan kreditlərin xüsusi çəkisi 22,1% (2021-ci ilin sonunda - 25,8%) təşkil edir.

Bankların kredit qoyuluşlarının strukturunda ticarət və xidmət sektoru üzrə  kreditlər 3 milyard 131,8 milyon manat (bütün kreditlərin 16,4 faizi), mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı 608,9 milyon manat (3,2 faiz) olub. , kənd/meşə və balıqçılıq - 598,8 milyon manat (3,1%), tikinti və daşınmaz əmlak - 1 milyard 192,5 milyon manat (6,2%), sənaye və emal sektorunda - 1 milyard 71,8 milyon manat (5,6%), nəqliyyat və rabitə - 759,1 milyon manat (4%), ev təsərrüfatları üçün - 10 milyard 328,2 milyon manat (54%), qalanı isə digər sahələr üzrədir. Eyni zamanda, bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli yanvar-avqusda 20% artıb (avqustda artım 2,2% və ya 219,5 mln. manat olub).
 

N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
İqtisadiyyat 10:31
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:31
Bu günə olan məzənnə açıqlanıb


Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
İqtisadiyyat 17:39
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol