Sentyabrın 21-dən Qazaxıstana daxil olan rusların sayı açıqlanıb
Sentyabrın 21-dən Qazaxıstan ərazisinə 98 minə yaxın Rusiya vətəndaşı daxil olub, eyni müddət ərzində isə 64 mindən çox rusiyalı respublikanı tərk edib. Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsinin sədri vəzifəsini icra edən Aslan Atalıkov bildirib mətbuat konfransında bildirib.
Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astananın Moskva ilə respublikaya gələn Rusiya vətəndaşlarının artması problemini həll etmək üçün danışıqlar aparacağını bildirmişdi. Tokayev qeyd edib ki, gedən rusların əksəriyyəti "indiki ümidsiz vəziyyətə görə” vətənlərini tərk etməli olub. Respublika rəhbəri bu insanların qayğısına qalmağa, onların təhlükəsizliyini təmin etməyə çağırıb, bunun siyasi və humanitar məsələ olduğunu vurğulayıb. Tokayev hökumətə lazımi tədbirlərin görülməsini tapşırıb.
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.
Qismən səfərbərlik elanından sonra rusiyalı vətənaşların bir qismi ölkni tərk etmək qərarını alıblar.
Fevralın 24-də etibarən Rusiya Ukrayna ərazisində hərbi əməliyyatlar keçirməsinə qərar verib. Bu gün müharibənin başlamasından 216 gün ötür.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox