Rusiyada səfərbərliyə çağırılan işçilər üçün qaydalarda dəyişiklik oldu
Rusiayda Dövlət Duması səfərbər edilmiş vətəndaşlar üçün iş yerlərinin qorunması ilə bağlı Əmək Məcəlləsinə dəyişikliklər qəbul edib. Bu barədə BBC xəbər agentliyi məlumat verib.
Onların sözlərinə görə, əgər işçi səfərbərliyə çağırılıbsa və ya özü hərbi xidmətlə bağlı müqavilə bağlayıbsa, onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsi xidmət etdiyi müddətə dayandırılır. İşəgötürən müqaviləni birtərəfli qaydada ləğv edə bilməz.
Bu qayda 21 sentyabr 2022-ci il və daha sonra çağırılmış işçilərə şamil ediləcək.
İşçi üçün yer və vəzifə saxlanılacaq, lakin maaş verilməyəcək.
İşçinin xidmətdə olduğu müddət onun stajına hesablanır.
www.anews.az

İşçi geri qayıdırsa, o, eyni şərtlərlə işə qaytarılmalıdır.
Sentyabrın 21-dən Rusiya prezidenti ölkədə qismən səfərbərlik elan edib. Bununla bağlı Vladimir Putin sərəncam imzalayıb. Bu qərardan sonra ölkəni tərk edənlərin sayında artım müşahidə olunub.
Fevralın 24-dən etibarən isə Rusiya Ukraynada hərbi əməliyyatlar keçirməyi qərara alıb. Bu gün iki ölkə arasında 216 gündür müharibə davam edir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox