Ən yoxsul ölkələrdə ərzaq çatışmazlığı Qərbin “fırıldağıdır” - Putin
Qərb ölkələrinin Ukrayna taxılının ixracı ilə bağlı yeritdiyi siyasət və bu taxılın ixracının ləngidilməsi səbəbdən dünyanın ən yoxsul ölkələrinin böhrana məruz qalması barədə fikirlər uydurmadır. Bunu Rusiya prezidenti Vladimir Putin mövsümi tarla işlərinin gedişi ilə bağlı keçirilən müşavirədə bildirib.
Putin qeyd edib ki, BMT proqramına əsasən, sentyabrın 23-nə Ukrayna limanlarını tərk edən 203 gəmidən yalnız dördü ən yoxsul ölkələrə çatıb. Gəmilərin çoxu isə Avropa Birliyi ölkələrinin limanlarına yan alıb.
"Burada vəziyyət dəyişmir. Bu sadəcə fırıldaqdır, başqa bir şey deyildir", - Putin deyib.
Prezident həmçinin vurğulayıb ki, Qərb ərzaq bazarında özünü yırtıcı kimi aparır və bu da qiymətlərin bahalaşmasına səbəb olub.
Bundan əlavə, Rusiya liderinin sözlərinə görə, Rusiyadan taxıl və gübrə ixracına tətbiq edilən sanksiyalar da dünyanı ərzaq təhlükəsizliyi ilə üz-üzə qoyan səbəblərdən biridir və buna görə Qərb məsuliyyət daşıyır.
Prezident həmçinin bildirib ki, Rusiyada bu il taxıl yığımı rekord göstəriciyə çata bilər. Belə ki, bu il 150 milyon ton taxılın məhsuldarlığı gözlənilir və artıq 138,7 milyon ton məhsul yığılıb.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Avropada saxlanılan 300 min ton gübrəni Afrika ölkələrinə təmənnasız verməyi təklif edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox