Finlandiya sabahdan Rusiya ilə sərhədləri bağlayır
Finlandiya sabah gecə saat 00.00-dan etibarən Rusiyadan turistlər üçün sərhədləri bağlayır.
Məlumatı TASS yayıb.
Rusiya vətəndaşlarının istənilən Şengen vizası ilə Finalnadiyaya turizm məqsədilə daxil olmasına qadağa qoyulacaq. Polşa, Litva, Latviya və Estoniya hökumətləri oxşar qərarı bir müddət əvvəl qəbul ediblər.
Bir müddət əvvəl Finlandiya Prezidenti Sauli Niinistö bu addımı "prinsipial qərar” adlandırmışdı. Ölkənin xarici işlər naziri Pekka Haavisto Rusiya vətəndaşlarının Finlandiyaya yalnız işləmək, təhsil almaq və qohumlarını ziyarət etmək məqsədilə buraxılacağını bildirmişdi.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox