Rusiya nə qədər itki verib? - AÇIQLAMA
2022-ci il fevralın 24-dən sentyabrın 29-na kimi Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 58 580 qədər canlı qüvvə itirdiyini bəyan edib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.
Qərargahdan verilən məlumata görə, Rusiya Silahlı Qüvvələrinin başqa döyüş itkiləri 2325 tank, 4909 zirehli maşın, 1385 artilleriya sistemi, 331 reaktiv yaylım atəşi sistemi, 175 hava hücumundan müdafiə sistemi, 262 təyyarə, 224 helikopter, 995 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3751 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.
Rusiyanın Müdafiə Nazirliyi son aylar Ukraynada verdiyi itkilərin sayını açıqlamır.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Ləman
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox