Qiymətlər manatla, pensiyalar qəpiklə artır - Ekspert rəyi - VİDEO

Azərbaycanda 2023-cü ildən pensiyalara gözlənilən artım inflyasiya rəqəmlərini üstələməyəcək. Bunu Toplum Tv-yə iqtisadçı Fərid Mehrəlizadə deyib.
Yeni ildən Azərbaycanda bütün növ pensiyalarda artımların olacağı bildirilir. Belə ki, pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək. İqtisadçı Fərid Mehralızadənin fikrincə, gözlənilən artım pensionerlərin sosial rifahına ciddi təsir etməyəcək.
İqtisadçının sözlərinə görə, pensiya artımı əhalinin ehtiyaclarını ödəməməsinin əsas səbəblərindən biri odur ki, minimum pensiya məbləği aşağıdır.
Fərid Mehrəlizadə hesab edir ki, Azərbaycanda normal yaşayış üçün minimum pensiya məbləği 400-500 manat olmalıdır.
www.anews.az