• $
  • £

ABŞ yeni ərazilər ilhaq etdiyinə görə Rusiyaya sanksiya qoyacaq

ABŞ yeni ərazilər ilhaq etdiyinə görə Rusiyaya sanksiya qoyacaq
30.09.2022 18:05
ABŞ sentyabrın 30-da Ukraynanın 4 bölgəsini ilhaq etdiyinə görə Rusiyaya qarşı yeni sanksiyaları açıqlayacaq.


Bu barədə ABŞ Prezidenti Cozef Bayden administrasiyasının nümayəndəsi bildirib.


Məlumata görə, Cozef Bayden administrasiyasının Rusiyanın Ukraynanın şərqinin bəzi hissələrini ilhaq cəhdinə "yeni iqtisadi xərclər", yəni sanksiyalar elan etməklə cavab verəcəyi gözlənilir.


Sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində "referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə "referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşməsini dəstəkləyib.


Rəsmi Kiyev və dünyanın heç bir ölkəsi "referendum”ların nəticəsini tanımayıb.


Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.


Bu gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.


Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı "Donetsk Xalq Respublikası”nın, "Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imzalayıblar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Израиль готовит частичное открытие неба
Dünya 21:45
Израиль готовит частичное открытие неба
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Paşinyan Gürcüstana səfər edib
Dünya 18:57
Paşinyan Gürcüstana səfər edib
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Dünya 18:46
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Dünya 18:04
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol