Şuşa şəhəri ilə Veliko Tırnovo şəhəri qardaşlaşdı
Sentyabrın 30-da paytaxt Sofiyada Azərbaycanın Şuşa şəhəri ilə Bolqarıstanın Veliko Tırnovo şəhəri arasında qardaşlaşma haqqında Anlaşma Memorandumu imzalanıb.
Heydər Əliyev Fondu Bolqarıstanın mədəni-mənəvi paytaxtı olan Veliko Tırnovo şəhərində yerləşən "Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına mühüm töhfə verib. Heydər Əliyev Fondu tarixi abidənin 158 metr uzunluğunda qərb divarının konservasiyasını və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, Mədəni İrs Mərkəzinin yaradılmasını, bu ərazidə yerləşən Orta əsrlərə aid üç kilsənin təmirini və konservasiyasını həyata keçirib. 2016-cı il sentyabrın 22-də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva "Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində iştirak ediblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox