• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın qalibləri mükafatlandırıldı

“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın qalibləri mükafatlandırıldı
03.10.2022 10:12
Xeyirxah əməllər həyata keçirən "Qırmızı Ürəklər” Fondunun (Red Hearts) fəaliyyət istiqamətlərindən biri də sosial həssas qrupdan olan insanların təhsilinə dəstək verərək savadlı və xüsusi istedadlı gənclərin yetişdirilməsi, onların qayğı ilə əhatə olunması və inkişafını təmin etməkdir. Tədbirdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, "Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva, Bakı Təhsil Məlumat Mərkəzinin direktoru Günay Məsimova və digər qonaqlar çıxış etdilər.


Yeni təqaüd proqramı çərçivəsində seçilən 15 tələbəyə hər ay 150 AZN məbləğində təqaüd, 11 tələbənin isə cari və əvvəlki dövrdən qalan təhsil haqları fond tərəfindən qarşılanacaq. Fond donorlar tərəfindən təhsil üçün edilən ianələri ölkəmizin işıqlı və parlaq gələcəyinə yönləndirərək onlar üçün yeni bir yol açır. 


Fondun "Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın əsas məqsədi istedadlı, mütərəqqi ideya və təşəbbüsləri özündə ehtiva edən, perspektivli, özünü inkişaf etdirməyə səy göstərən tələbələri həvəsləndirmək, eləcə də, dövlət və qeyri-dövlət sektorları üçün güclü insan resurslarını təmin etməkdir. Proqram ödənişli və ödənişsiz əsaslarla təhsil alan, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri əhatə edir. Tələbələr proqramdan universitetə qəbul balına və təhsil aldıqları dövrdə göstərdikləri akademik göstəricilərə uyğun olaraq faydalanırlar. 


"Təhsil ehtiyaclarını dəstəklədiyimiz hər bir fərdin ölkəmizin və dünyanın gələcəyini dəyişəcəyinə, həyatımızı daha da gözəlləşdirəcəyinə inanırıq. Bu proqramın qalibləri müxtəlif sahələr üzrə təlimlərdə iştirak edərək öz bilik və bacarıqlarını artıra biləcəklər. Unutmamalıyıq ki, təhsilə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir!”, - deyə "Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva bildirdi.

İkinci Qarabağ müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edən tələbələrin də təhsil haqları ötən il Fond tərəfindən qarşılanıb.  


"Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin "Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AMB-nin "Nağd pul ofisi" fəaliyyətini müvəqqəti dayandıracaq
İqtisadiyyat 16:54
AMB-nin "Nağd pul ofisi" fəaliyyətini müvəqqəti dayandıracaq
ABB binasında Libraff!
İqtisadiyyat 16:31
ABB binasında Libraff!
Azərbaycanda günəş enerjisinin istehsalı 13 % artıb
İqtisadiyyat 14:21
Azərbaycanda günəş enerjisinin istehsalı 13 % artıb
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
İqtisadiyyat 11:20
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
SOCAR və MSC strateji əməkdaşlıq sazişi imzalayıb
İqtisadiyyat 10:34
SOCAR və MSC strateji əməkdaşlıq sazişi imzalayıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:15
Qızılın qiyməti bahalaşıb
Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini 19,6% səviyyəsində saxlayıb – Maliyyə Nazirliyi
İqtisadiyyat 10:07
Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini 19,6% səviyyəsində saxlayıb – Maliyyə Nazirliyi
MİQ imtahanında minimal bal toplamayan məzunlar üzrə universitetlər məsuliyyət daşımalıdır - Nazir
İqtisadiyyat 10:07
MİQ imtahanında minimal bal toplamayan məzunlar üzrə universitetlər məsuliyyət daşımalıdır - Nazir
Azərbaycan 2026-cı ildə 3,13 mlrd manat büdcə kəsiri proqnozlaşdırı
İqtisadiyyat 10:06
Azərbaycan 2026-cı ildə 3,13 mlrd manat büdcə kəsiri proqnozlaşdırı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol