Azərbaycan İqtisadiyyatına investisiyalar artıb

2021-ci ildə Azərbaycan iqtisadiyyatına toplam
investisiyaların həcmi 2020-ci illə müqayisədə 12,6%, xarici investisiyalar 22,4% artıb.
2021-ci ildə Azərbaycan iqtisadiyyatına investisiyaların
ümumi həcmi 25 milyard 313,8 milyon manat (14 milyard 890,4 milyon dollar) təşkil
edib ki, bu da 2020-ci ilin göstəricisindən 12,6% çoxdur. Bu barədə Dövlət Statistika
Komitəsi məlumat verib.
2021-ci
ildə ölkə iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 12 milyard
751,9 milyon manat (7 milyard 501,1 milyon dollar) təşkil edib. Bu da 2020-ci
illə müqayisədə 22,4% çoxdur.
2017-2021-ci illərdə Azərbaycan
iqtisadiyyatına 123 milyard 123,9 milyon manat investisiya yatırılıb, halbuki 2012-2016-cı
illərdə ölkə iqtisadiyyatına qoyulan sərmayələrin həcmi 106 milyard 353,6 milyon manat təşkil edib.
Ləman Hafizi
www.anews.az