• $
  • £

Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib

Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib
03.10.2022 14:51
Oktyabrın 3-də Bakıda "Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” Sammiti işə başlayıb.

"İnterProbe” şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən birgə təşkil olunan "Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda tədbir AKTA-ya üzv olan "Pnetworks” təşkilatının dəstəyi, Medianın İnkişafı Agentliyinin, həmçinin "A2Z Technologies”, "CyberPoint” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilib.


Tədbirin açılış mərasimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, AKTA-nın İdarə heyətinin sədri Rahid Ələkbərli, Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov,”bp” şirkətinin xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və ”Swiss Cyber Institute”un rəhbəri Samir Əliyev  çıxış edib.


Sammitdə kiberdünyada cərəyan edən hadisələr, ölkələrin kiberhazırlığı, kibertəhsil, kibergüclərin birgə fəaliyyəti, iqtisadiyyatın müxtəlif sahələrindəki kiberfəaliyətlər və kiberpotensial idarəçiliyi sahəsindəki aktual məsələlər Azərbaycan, Türkiyə və İsrail kiber-ekspertləri ilə birgə müzakirə edilib.


Geniş dinləyici auditoriyasının diqqətini cəlb edən forumlar çərçivəsində "Davamlı kibertəhlükəsizlik modelinin qurulması”, "Maliyyə sahəsində rəqəmsal transformasiya və kiber risklər”, ”Əvvəldən axıra təhlükəsizlik mümkündürmü?”, ”Kiber-potensialın gücləndirilməsi” və s. kimi mövzularda müzakirələr aparılıb.


Sammit çərçivəsində 600-ə yaxın ekspertin iştirakı ilə müxtəlif interaktiv sorğular keçirilib, kibergigiyena, kiber-mühit, sosial və idarəçilik təcrübələrinə aid sorğular xüsusi olaraq qiymətləndirilmiş və interaktiv iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılıb.


Sammit zamanı müzakirə olunan məsələlər üzrə gələcək fəaliyyətlərin Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, Türkiyənin "CyberThink” və Kiber Diplomatiya Assosiasiyası kimi düşüncə mərkəzlərində davam etdirilməsi qərarlaşdırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol