Ukrayna Aİ-ni Rusiya və Belarusdakı bütün bankları SWIFT-dən ayırmağa çağırıblar
Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Avropa İttifaqına üzv ölkələrin parlament komitələrinin rəhbərləri ilə görüşündə bütün Rusiya və Belarus banklarını SWIFT-dən ayırmağa çağırıb. Bu barədə o, sosial şəbəkələrdə məlumat verib.
"Tam enerji embarqosu, şəxsi və sektoral sanksiyalar, bütün Rusiya və Belarus banklarının SWIFT-dən ayrılması, viza qadağası - bunu vurğuladım", - spiker yazıb.
Bundan əlavə, o, Avropa dövlətlərini Ukraynaya hərbi yardımı gücləndirməyə, xüsusən də hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə, həmçinin Rusiya gəmilərinin xarici limanlara daxil olmasını qadağan etməyə çağırıb.
"The Wall Street Journal” ABŞ prezidenti Co Baydenin administrasiyasının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırdığını yazıb. Nəzərdən keçirilən tədbirlərdən biri yeni Rusiya banklarının SWIFT ödəniş sistemindən ayrılması, ixrac nəzarətinin genişləndirilməsi və dövlət şirkətlərinə qarşı sanksiyalardır.
www.anews.az

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirmişdi ki, Rusiya SWIFT banklararası ödəniş sistemindən kənar təzyiqlərdən qorunan maliyyə məlumatlarının ötürülməsi alətlərinə mərhələli keçid ehtiyacından irəli gəlir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox