• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

Azərbaycanda mərkəzi bankçılığın 103 illik inkişaf yolu

Azərbaycanda mərkəzi bankçılığın 103 illik inkişaf yolu
03.10.2022 17:32
Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn əsas çağırışların və bu istiqamətdə aidiyyəti üzrə görülən işlər barədə məlumatın cəmiyyətə düzgün kommunikasiya edilməsi, media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır.
 
Mərkəzi Bankın siyasətinin və fəaliyyətinin geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsi, siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsi, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılması, bununla da ölkədə həyata keçirilən iqtisadi islahatların cəmiyyət tərəfindən aydın qavranılması, nəticə etibarilə ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırılması baxımından media institutları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir. Mərkəzi Bank tərəfindən bu məqsədlə media nümayəndələri üçün ənənəvi olaraq mərkəzi bankçılıq, maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi mövzularında təlimlər, həmçinin "Açıq qapı” tədbirləri təşkil olunur.
 
Bu prosesin davamı olaraq Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 103 illiyi, eyni zamanda Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümü ərəfəsində Azərbaycan Respublikası Mərkəzi Bankının və Dünya Bankının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə 3 oktyabr 2022-ci il tarixində mətbuat nümayəndələri üçün "Tədiyə balansı" və "Dünya Bankının ümumi prinsipləri, strukturu, qlobal miqyasda və Azərbaycanda fəaliyyəti” mövzularında təlim keçirilmişdir.
 
Təlim iştirakçılarına tədiyə balansının mahiyyəti, strukturu, metodoloji əsasları, makroiqtisadi göstəricilər sisteminin mühüm tərkib hissəsi kimi əhəmiyyəti, pul və məzənnə siyasəti aspektləri barədə ətraflı məlumat verilmiş, həmçinin cari ilin 6 ayı üzrə ölkənin tədiyə balansının təhlili təqdim olunmuşdur.
 
Sonra "Dünya Bankı: yoxsulluqdan azad dünya naminə işləyirik” mövzusunda təqdimat keçirilmiş, sözügedən beynəlxalq maliyyə institutunun siyasəti və fəaliyyət istiqamətləri barədə təlim iştirakçıları geniş məlumatlandırılmışdır.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
İqtisadiyyat 10:31
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:31
Bu günə olan məzənnə açıqlanıb


Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
İqtisadiyyat 17:39
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol