• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

Yelo Bank vətəndaşlara şəxsi biznesini qurmağa dəstək oldu

Yelo Bank vətəndaşlara şəxsi biznesini qurmağa dəstək oldu
03.10.2022 17:09
Korporativ Sosial Məsuliyyəti ilə daim seçilən və fəaliyyəti ilə ölkədə sahibkarlığın inkişafına töhfə verən Yelo Bank Özünüməşğulluq Proqramı çərçivəsində aktiv dəstəyini davam etdirir. Bank bu dəfə daha 4 vətəndaşın biznes arzularını gerçəkləşdirdi.


Bank nümayəndələri tekstil məhsulları istehsalı üzrə şəxsi biznesini qurmaq istəyən Xavər Əhmədovaya lazım olanavadanlıqları təqdim etdilər. Digər qadın sahibkarlardan biri Lalə Həmzəyeva isə kiçik naxış vurma paketi ilə təmin edildi. Beləliklə, ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində Yelo Bank öz töfhəsini verməyə davam edir. 


Dəstək göstərilən digər vətəndaş Röyal Adıgözəlov kiçik foto atelye üçün lazım olan avadanlıq və materiallarla təmin olundu. Layihə çərçivəsində şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına dəstəyi əsas sayan Yelo Bank Vətən müharibəsinin iştirakçısı Elvin Həsənova da dəstək oldu. Belə ki, Elvin bəyə kiçik foto atelye biznesinin qurulması üçün avadanlıqlar təqdim olundu.


Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Proqrama ilk qoşulanlardan olan Yelo Bank indiyədək Bakı ilə yanaşı, ölkənin əksər regionlarında çox sayda fiziki məhdudiyyətli, şəhid, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə aktivlər təqdim edib. Bank gələcəkdə də bu layihənin keçirilməsinə öz dəstəyini davam etdirəcək.


Bank xidmətləri, o cümlədən, online kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.


Yelo Bank – Parlaq bankçılıq!
 




Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
İqtisadiyyat 10:31
Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:31
Bu günə olan məzənnə açıqlanıb


Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
İqtisadiyyat 18:02
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak edir - Canlı
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
İqtisadiyyat 17:39
Xanımlar üçün “DigiHesab Max”-la8% gəlir fürsəti!
“Azəralüminium”un xalis mənfəəti azalıb
İqtisadiyyat 16:46
“Azəralüminium”un xalis mənfəəti azalıb
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
İqtisadiyyat 15:22
BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol