Vuçiç: Rusiya və Ukraynadan bu yaxınlarda Serbiyaya 17,6 min nəfər gəlib
Bu yaxınlarda Rusiya və Ukraynadan 17,6 min nəfər Serbiyaya gəlib. Bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.
Onun sözlərinə görə, bir tərəfdən suriyalı, əfqan və pakistanlı qaçqınların gəlişində yenidən artım, digər tərəfdən isə Rusiyadan artan sayda insan axını qeydə alınır."Bu gün biz yalnız bir il ərzində müvəqqəti qeydiyyatda olanları qeydiyyata almışıq, təxminən 17,6 min Rusiya və Ukraynadan birlikdə. Və bu, Serbiya kimi kiçik bir ölkə üçün xeyli yükdür”, - Vuçiç qeyd edib.
O, bunu Budapeştdə Avstriya kansleri Karl Nehammer və Macarıstanın baş naziri Viktor Orbanla miqrasiya böhranı və enerji məsələlərinə həsr olunmuş birgə mətbuat konfransında deyib.
Bundan əvvəl Aİ Rusiya ilə əməkdaşlığa görə Serbiya üçün "ciddi məsələlərdən” danışıb və respublikanı Aİ-nin xarici siyasətinə əməl etməyə çağırıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox