AEBA-nın baş direktoru Ermənistanda səfərdədir
Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi Ermənistanda işgüzar səfərdədir, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın dəvəti ilə İrəvana gəlib.
AEBA-nın baş direktoru səfər çərçivəsində Ermənistan prezidenti Vaaqn Xaçatryan, baş nazir Nikol Paşinyan, XİN başçısı A.Mirzoyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyani və səhiyyə naziri Anahit Avanesyan Qrossiya ilə görüşlər keçirəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox